Bİz brendlərİ yaradıb və onları İnkİşaf etdİrİrİk

250+
həyata keçİrİlmİş layİhə
130+
Dünya üzrə peşəkar əlaqə
20+
İl marketİnq sahəsİndə təcrübə
15+
müxtəlİf bİznes sahəsİ

HAQQIMIZDA

Marketinqə olan yolum internet klubunda administrator olaraq başladım, burada işdən asudə vaxtı vizit kartlarını tərtib edərək əlavə gəlir əldə edirdim. Məhz bu təcrübə, mənim marketinq dünyasına gedən uzun yolumda ilk addımım oldu.

Təcrübə qazandıqca və bacarıqlarımı genişləndirdikcə, taleyim məni karyera pillələri boyu irəlilətdi. 20 ildən artıq müddətdə qrafik dizayner, veb-dizayner, kreativ direktor və marketinq direktor kimi vəzifələrdə çalışmışam.

Mənim təcrübəm müxtəlif biznes sahələrini, o cümlədən FMCG, HoReCa, Moda, Zərgərlik və Aksesuarlar, Səyahət və istirahət, Kompüter və Elektronika, Məişət Avadanlıqları, Avto Satıcı, Daşınmaz Əmlak, Mobil Operator, Səhiyyəni əhatə edir. Bu müxtəlif təcrübə mənə müştərilərin ehtiyaclarını daha dərindən başa düşməyə və effektiv marketinq strategiyaları hazırlamağa imkan verdi.

Moskva, Kiyev, İstanbul, Nyu-York kimi şəhərlərdə beynəlxalq təlimlərdə iştirak etmişəm. McCann və Ogilvy kimi böyük beynəlxalq agentliklərlə əməkdaşlıq mənim üçün əhəmiyyətli bir mərhələ oldu, bu dünya miqyasında ən yaxşı praktika və yanaşmaları məninsəməyə imkan verdi.

Müvəffəqiyyətli bir sıra brendləri yaratmağa nail oldum ki, bu brendlər indi təkcə Azerbaycanda deyil, həm də onu sərhədlərindən kənarda inkişaf edir.  Uğurlarım davamlı mükəməllik arzusu və müştərilərimin ehtiyaclarını dərindən başa düşmək sayəsində mümkün oldu.

Hər bir komandamızın üzvünə və bizə öz biznesini etibar edən hər bir müştəriyə minnətdarlığımı bildirirəm. Birlikdə biz uğur tarixini yazırıq və yeni zirvələrə doğru irəliləyirik!

Bİzə güvənənlər

DƏYƏRLƏRİMİZ

Profesİonalİzm və Təcrübə

Bir şirkət daxilində tapmaq çətin olan müxtəlif bacarıq və təcrübəyə malik beynəlxalq mütəxəssislərdən ibarət komanda.

Resurs Səmərəlİyİ

Daimi işçilər üçün maaşlar, vergilər və sosial ödənişlərdən yaranan əlavə xərclərdən yayınmaq, yalnız ehtiyac olan xidmətləri seçmək imkanı.

Yenİ Baxış

Biz sizə yeni idealar və həllər təqdim edə bilərik ki, bunlar adətən şirkətiniz daxilində gözdən qaçırılan və diqqət yetirməyən məsələlərdir.

Nətİcəyönümlü yanaşma

Komandamız konkret məqsədlərə və effektivlik göstəricilərinə nail olmağa yönəlib.

Şəbəkə əlaqələrİ

Biznesin inkişafı ücün faydalı iş əlaqələrinin tərəfdaşlıqların qurulması və saxlanması.

Fleksİbl qİymət tənzİmlənməsİ

Biz sizə həm büdcənizə əsaslanaraq, həm də istədiyiniz nəticəyə uyğun bir strategiya hazırlaya bilərik.

Brendlərlə və İstehlakçılar arasında uzunmüddətlİ əlaqələrİ qururuq

LAYİHƏLƏR

XİDMƏTLƏRİMİZ

Bazarın təhlili, hədəf auditoriyanın müəyyən edilməsi, marketinq planının hazırlanması və satışın artırılması üçün məsləhət xidmətlərinin göstərilməsi.

STRATEGİYA VƏ MƏSLƏHƏT

Şirkətinizi fərqləndirən, yaddaqalan və peşəkar imic yaradan ad, loqo, brenda uyğun rənglər, şriftlər və vizual elementlərin hazırlanması.

Brendİnq və Şİrkət Kİmlİyİ

Unikal və rahat veb saytların tam hazırlanması. Fərdi dizayn, adaptiv tərtibat, sürətli yükləmə və lazımi xidmətlərlə inteqrasiya biznesiniz üçün uğurlu şəbəkə mövcudluğu təmin edəcək.

Veb dizayn və Veb saytın yaradılması

Biznesiniz və ya layihəniz üçün kreativ və yüksək keyfiyyətli media yaradaraq, ssenari, çəkiliş, montaj və istehsaldan sonra xidmətləri təqdim edirik.

Foto və Video

Məzmunun yaradılması, Meta və Google Ads-də reklam kampaniyalarının qurulması, əhatənin və əlaqələri artırmaq üçün influenserlərlə əməkdaşlıq.

Sosial Şəbəkə

Diqqəti cəlb edən, brend dəyərlərini effektiv şəkildə çatdıran və satışları stimullaşdıran qablaşdırma dizaynların hazırlanması.

Qablaşdırma Dizaynı

Diqqət cəlb edmək ücün, brendin tanınmasını artırmaq ücün və məhsulunuzun və ya xidmətinizin tələbatını stimullaşdırmaq ücün, biz kreativ idealar yaradırığ və onları heyata keçirik.

Reklam kampaniyaları

İŞ PROSSESİ

1

Vəzİyyətİn təhlİlİ

Biznesin cari vəziyyətinin qiymətləndirilməsi, həm xarici, həm də daxili mühitin təhlili, güclü və zəif tərəflərin, imkanların və təhdidlərin müəyyən edilməsi.

2

MƏQSƏDLƏR

Konkret, ölçülə bilən, əldə edilə bilən, müvafiq və vaxtla məhdudlaşdırılmış məqsədlərin müəyyən edilməsi.

3

STRATEGİYA

Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün fərdi yanaşmanın hazırılması. Buraya hədəf auditoriyanın müəyyənləşdirilməsi, mövqeləndirilməsi və fərqləndirməsi daxildir.

4

TAKTİKA

Strategiyanın həyata keçirilməsi üçün tətbiq ediləcək konkret tədbirlərin və vasitələrin ətraflı təsviri. Bu, reklam kampaniyaları, sosial media reklamları, SEO, kontent marketinqi və s. ola bilər.

5

TƏDBİRLƏR

Addım-addım taktiki tədbirlərin həyata keçirilməsi planı. Məsuliyyətli şəxslərin, icra müddətin və tələb olunan resursların təyin edilməsi.

6

MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ

Məqsədlərin əldə edildiyini təmin etmək ücün, nəticələrin monitorinqi və qiymətləndirilməsi. Əsas nəticə göstəriciləri, mütamadi inkişaf hesabları da əhatə edir.

Reklam xərclərİnə qənaət etmək, vaxtı qazanmaq ücün saatlarİ dayandırmağa bənzəyİr

RƏYLƏR

"Emilin çox qısa müddət ərzində valehedici nəticələr göstərdiyi bir neçə irimiqyaslı layihələri xüsusilə qeyd etmək istərdim. Bu layihələr arasında “Al Card” və bankın tam rebrendinq edilməsi diqqətəlayiq yer tutur."

Faiq Hüseynov, Unibank Müşahidə Şurası sədrinin birinci müavini

"Əməkdaşlığımız çox uzunmüddətli olmasa da, əminliklə deyə bilərəm ki, Emil qısa müddətdə əla bir komanda yaratmağa və qoyulan məqsədlərə nail olmağa müvəffəq oldu."

Emil Xanməmmədov, FMG-nin kommersiya direktoru

Emillə gündəlik toplantlar etmək üçün heç bir əsas yox idi. Onun işinə qarşı məsuliyyətli yanaşması – işin daim proqres halında olduğunu və bütün layihələrin zamanında tamamlanacağını bariz şəkildə sübut edirdi. Əlavə olaraq “Tefal”, “Rowenta”, “Midea”, “Yoshiro” və “WMF” kimi nəhəng markaların tanıtımını edərkən dəqiqliyin və ən xırda detallara belə göstərdiyi diqqəti xüsusilə vurğulamaq istəyərdim.”

Məcid Naxçıvani, Baku Electronics mağazalar şəbəkəsinin idarəedici partnyoru

“Yadımdadır ki, eyni anda iki layihəyə də birlikdə başlamaq lazım idi. Bu baxımdan da Emilin çoxyönlülük və müstəsna yaradıcı bir xarakterə sahib olması bizim üçün əvəzolunmaz idi. O, qarşıya qoyulan vəzifələri yaxşı başa düşür, layihənin içinə tam daxil olur və onu ən yaxşı formada başa çatdırır.”

Babək İsmayılov, Moskvada Türk mətbəxi, Taksim restoranlar şəbəkəsinin idarəedici partnyoru

"Beynəlxalq müstəvidə aparıcı şirkətlərə iş təcrübəsinə malik biri olaraq, Emilin, öz layihələrində yüksək səviyyəli peşəkarlıq nümayiş etdirdiyini əminliklə deyə bilərəm.”

Nurlan Hacıyev, Visa Azerbaijan-ın direktoru

"Emili kifayət qədər ciddi, məqsədə fokuslu və təfərrüat yönümlü marketoloq olaraq səciyyələndirirəm. Onun “Kasko sığorta” məhsulunun inkişafı ilə bağlı bir sıra məsləhətləri bizim üçün son dərəcə faydalı oldu. Qısa müddətdə Emil tərəfindən gözlənilən nəticələr əldə olundu.”

Azər Əliyev, “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri

“Emillə bir neçə layihədə yaxından əməkdaşlıq etmək kimi bir şansım oldu və o, hər birində iş üçün lazım olan çevikliyi və mükəmməl ünsiyyət bacarıqlarını təqdirəlayiq bir şəkildə nümayiş etdirdi.”

Murad Dadaşov, Xəzər Media Mərkəzinin baş direktoru

"Emillə dəfələrcə məsafədən işləmişəm və həmişə də nəticələrdən, onun işə qatdığı faydalarından razı qalmışam. Əməkdaşlığımız ərzində yalnız bir neçə telefon danışığımız olub - bütün iş elektron poçt vasitəsilə aparıldı, amma bu, keyfiyyət və effektivlikdə heç bir təsir yaratmadı."

Memo Özelci, Atlantadakı Aralıq dənizi restoranı Agora Cuisine-nin Sahibi

“Əməkdaşlığa yaxın zamanlarda başlamağımıza baxmayaraq əminliklə deyə bilərəm ki, Emilə etibar etdiyim işdə yaradıcı yanaşmanın və ona verilən tapşırıqların operativ şəkildə həllinə şahid oldum.”

İsa Məmmədov, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini

“Yadıma gəlir ki, Emil hələ qrafik dizayn və jurnal tərtibatçılığına yeni-yeni addımlayırdı. Əzmkarlıq, səbr və optimizm – onun əsas keyfiyyətləridir deyə bilərəm. Tamamilə tövsiyə edə biləcəyim bir peşəkardır!”

İbrahim Bağarov, Minimax Media Holdinqin idarəedici partnyoru

“Emillə əməkdaşlığınızınhər bir mərhələsində peşəkar konsaltinq alacağınızdan tam əmin ola bilərsiniz.Onun haqqında yalnız bir şeyi qətiliklə deyə bilərəm: “Emil ilə yaratmaqistəyi yaranır.”

Yalçın Osmanov, Area Real Estate Consulting Company-nin idarəedici partnyoru

“Emilinmənimlə olduğu qədər başqa heç kimlə bu qədər uzun və məhsuldar bir şəkildəişləmədiyini əminliklə deyə bilərəm. Emil hər şeyi bir neçə addımirəli nəzərdən keçirir və dəyişikliklərdən qorxmur, bu da hər bir marketoloqüçün ən vacib keyfiyyətlərdir.“

İlham İsayev, Moskvanın ən böyük moda geyim şəbəkələrindən biri olan "Snow Queen"in idarəedici partnyoru

TEZ-TEZ VERİLƏN SUALLAR